1 Sentyabr, 2014
Şeyx Səd Nasir əl-Şəsri - Öldürülən İŞİD üzvləri Cənnətdə yox Cəhənnəmdədirlər

"Bu qrupla əlaqə yaratmaq böyük günahdır. Hətta dindən çıxmaq deməkdir"

Ahlibeyt.az-ın islamazeri-yə istinadən verdiyi xəbərə görə “YDH”-agentliyi məlumat yayaraq bildirmişdir ki,Səudiyyə Ərəbistanının müftilərindən Şeyx Səd Nasir əl-Şəsri, İŞİD təkfirçi terrorçuları barədə danışıb.


Səudiyyə Ərəbistanı Darul-Fətva qurumunun keçmiş üzvü Şeyx Nasir Əl-Şəsri bildirib ki, Onlar Allaha və rəsuluna (s) qarşı müharibə başladıblar. Hansı İslam ölkəsi olursa olsun, uşaqları İŞİD-ə qoşulan ana və atalar, bu barədə əlaqədar orqanlara xəbər verməlidirlər.

İŞİD Allahın evlərini bağlayır. Din alimlərini öldürür. Allahın qullarına əzab verir. Bu qrupla əlaqə yaratmaq böyük günahdır. Hətta dindən çıxmaq deməkdir.

Öldürülən İŞİD üzvləri Cənnətdə yox Cəhənnəmdədirlər. Onlarla hər cür müttəfiqlik haramdır və Allaha xəyanətdir. Onlara qarşı döyüşmək vacibdir və ölən Cənnətlikdir.

İŞİD-i xaricilərə oxşatmaq səhv olar. Çünki onlar zındıq və yoldan çıxıblar. Onlar Allahı Rəbb, Həzrət Məhəmmədi (s) peyğəmbər olaraq qəbul etmirlər. Onlar bütpərəstlərdən daha da kafirdirlər."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2415.html