
Kərbəla şəhərində 2 terror aktı törədilib
Ahlibeyt.az-ın shafaqna-ya istinadən verdiyi xəbərə görə, İraqın müqəddəs Kərbəla şəhərində iki terror aktı törədilib.
Həzrəti Əbülfəzl Abbasın (ə) müqəddəs hərəminin yaxınlığında 2 partlayıcı qurğu yerləşdirilmiş avtomobil vasitəsilə reallaşdırılan terror aktları nəticəsində 12 nəfər şəhid olub, 30 nəfər də yaralanıb.
Terror aktları "Meysəmi Təmmar" küçəsində və Tuveyric" bölgəsində törədilib.