25 Avqust, 2014
Afrikanın şimalında daha bir "İslam Xilafəti"qurulduğu elan olundu

"Boko Haram"terrorçu qruplaşması Nigeriyanın şimal qərbində "İslam Xilafəti"qurulduğunu elan etdi.

Ahlibeyt.az-ın İtar-Tass agentliyinə istinadən verdiyi xəbərə görə,  İŞİD terrorçu təşkilatından sonra “Boko-Haram” terror təşkilatı da Nigeriyada  xilafət elan edib.

“Boko Haram” terrorçu qruplaşmanın lideri  Əbubəkr Şekau bir video yayımlayaraq Borno əyalətinin Gvoza şəhərində “xilafət” elan edib.

son zamanlar ölkənin şimalında bir neçə yaşayış mənətəqisini ələ keçirən qruplaşmanın hədəfində əsasən ordu və  dövlət qulluqçulları,qəbilə başçıları, dini icmalar o cümlədən dinc əhali və təhsil sistemi durur.

2009-cu ildən “xilafət” qurmağı hədəfləyən terror təşkilatının 10 mindən çox insanı öldürdüyü bildirilir. “Boko-Haram” terror təşkilatı bu ilin aprel ayında 276 qız tələbəni qaçırmaqla gündəmə gəlmişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2390.html