25 Avqust, 2014
İsrail Qəzzadakı Əli ibn Əbu-Talib məscidini yerlə yeksan edib

İsrailə məxsus hərbi təyyarələr Qəzza zolağının cənub-qərbində yerləşən əz-Zeytun rayonu ərazisindəki Əli ibn Əbu-Talib məscidinə hücum edib.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, təcavüz nəticəsində məscid və onun ətrafındakı bir neçə mənzil tamamilə dağılıb.

Dünən gün ərzində və gecə saatlarında Qəzzanın Cibalya, Beyt-Lahiya və Rəfəh rayonları da İsrail tərəfindən bombardmana məruz qalıb. Cibalyada bir qadın və onun dörd körpəsi hücum nəticəsində həlak olub.

Bundan başqa, Qəzza ilə Misir arasındakı Rəfəh keçid məntəqəsi də hava hücumuna məruz qalıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2389.html