18 Avqust, 2014
Mosul su anbarı təkfirçi İŞİD terrorçularından azad olundu

Ahlibeyt.az-ın YDH-yə istinadən verdiyi xəbərə görə Fransız xəbər agentliyi Peşmərgə qüvvələrinin ABŞ hücum təyyarələrinin dəstəyi ilə İŞİD terrorçularına qarşı həyata keçirdikləri əmliyyat nəticəsində Mosul su anbarı azad edilmişdir.

İraq Kürdüstan Demokrat Partiyasıının rəhbərlərindən olan Əli Avni Mosul su anbarının təmamilə təkfirçi terrorçulardan təmizləndiyini və əməliyyatın Tək Kif bölgəsində davam etdirildiyini bildirmişdir.

Bu xəbərin digər mənbələrdə də doğrulandığına aid məlumatlar yayımlanmaqdadır.

Qeyd edək ki,İŞİD-in Ərbil yaxınlarına qədər irəliləməsindən sonra ABŞ ordu mütəxəssisləri,İraq ordusu və Peşmərgə birlikləri birgə əməliyyat keçirməyə qərara vermişlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2371.html