17 Avqust, 2014
Muhəmməd adı İngiltərədə birinci sırada yer aldı

2013 cü ilin nəticələrinə görə İngiltərə və Uelsdə anadan olan oğlan uşaqlarına qoyulan adlar adlar arasında Muhəmməd adının olmasının açıqlanması ictimaiyyətdə böyük rezonansa səbəb olub.

Ahlibeyt.az-ın Islamnews-a istinadən verdiyi xəbərə görə,İngiltərədə İslam peyğəmbərinin adı formal olaraq birinci sırada yer tutmasa da bu adın bəzi hərf dəyişikliyi ilə müxtəlif formalarda uşaqlara verilməsi hesablanarkən nəticə hamını heyrətə salmışdır.

Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, 2013 cü ilin nəticələrinə görə ölkədə formal olaraq 6949 nəfərə verilən Oliver adı birinci sırada, 3499 uşağa verilən Muhammad adı 15-ci,2887 uşağa verilən Mohammed adı 23-cü və 1059 uşağa verilən Mohammad adı 57-ci sırada yer almışdır.Lakin bu üç adın İslam peyğəmbərinin adı olmasını ifadə etməsi nəzərə alındıqda o zaman ə 7445 nəfərlə birinci sırada yer alması məlum olmuşdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2370.html