13 Avqust, 2014
Ayətullah Sistani İraq xalqına çağırış etdi

Prezident və Baş nazir dəyişikliyindən sonra yaranan vəziyyətlə bağlı nüfuzlu ruhani çağırış edib.

Ahlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi xəbərə görə, İraqın ən böyük təqlid mərcəsi Ayətullah Seyid Əli Sistani İraq xalqına yenidən çağırışla müracət edib:

Ayətullah Sistani İrak xalqından siyasi şəxsiyyətlərin leyhinə və ya əleyhinə çağırış və yürüşlərdən çəkinmələrini istəyib.İraqdakı mövcud siyasi dəyişimlər qarşısında xalqın hər hansı bir siyasi şəxsiyyəti dəstəkləməsi və ya əleyhinə olan yürüşlərin ölkəyə heç bir fayda verməyəcəyini qeyd edərək bütün bunlardan imtina etmələrini istəmişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2359.html