
"Bulan Kemarahan Ummah"(Ümmətin Qəzəb Ayı") adı verilən aylıq aksiya bazar günü Malaziyanın bir çox Qeyri Hökumət Təşkilatları(QHT) tərəfindən dəstəklənmişdir.
Ahlibeyt.az-ın İslam-Tudey-ə istinadən verdiyi xəbərə görə avqustun 10-da Malaziyada fəaliyyət göstərən QHT-ı ABŞ və Böyük Britaniyanı işğalçı İsaril rejiminin Qəzzaya qarşı amansız hucumlarını dəstəklədikləri üçün bu ölkələrin onlara mənsub olan 3 ən iri şirkətə qarşı baykot kampaniyasına start vermişlər.
Məlumatlara görə planlaşdırılan dinc baykot bir ay müddətində McDonalds restoranları,Starsbucks kofeteriləri şəbəkəsi və HSBC bankına qarşı həyata keçiriləcək.
Qeyd olunan ölkələrin İsraili dəstəkləməsi səbəbindən kampaniya çərçivəsində eyni zamanda Coca-cola məhsulları və İsvəçrənin transmilli şirkətlərindən olan Nestle məhsulları da baykot olunacaq.