
İtaliyanın Turin şəhərində İslam mədəniyyət mərkəzinin təşəbbüsü ilə Quran müsabiqəsi təşkil olunub.
Ustad Məsud Piruzməndin təşkilatçılığı ilə təşkil olunmuş müsabiqə avqustun 2-dən 12-ə kimi davam edəcək. Müsabiqənin şərtlərinə: Aramla oxumaq, təcvid, avazlı ifa və təvaşih daxildir.
Turin şəhərindəki İslam mədəniyyət mərkəzi Quranla tanış olmaq istəyən hər bir şəxsə xidmət etməyə hazır olduqlarını bildirib.
mənbə-islamınsesi.az