2 Avqust, 2014
Fələstin xalqının qətliamı durmaq bilmir ölənlərin sayı 2000-ə yaxınlaşır

Ahlibeyt.az-ın Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, işğalçı İsrail rejiminin Qəzzaya və Rəfah bölgəsinə hava hücumundan sonra 19 nəfərin həyatını itirdiyi qeyd edilmişdir, ümumiyyətlə, Qəzzaya olan  hücumlardan sonra 1641 fələstinli dünyasını dəyişmişdir.

Fələstin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf əl-Qudranın verdiyi açıqlamaya əsasən, İsrail hərbi hava qüvvələrinin Rəfah kəndində, Zağreb ailəsinə həyata keçirdikləri hücum nəticəsində ailədən 9 nəfərin öldüyü, həmin ailədən və ona yaxın ərazilərdən 40 nəfərin yaralandığı bildirilmişdir.

 

İsrail hərbi hava qüvvələrinin hücumları nəticəsində, Qəzzada yerləşən İslam Universitetinin binası da borbardman edilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail ordusuna aid F-16 qırıcı təyyarəsi, ər-Rimal məhəlləsindəki İslam Universitetini hədəfə alıb. Hücum zamanı bina xəsarət alsa da, ölən və yaralanan qeydə alınmayıb.

 

Əlavə olaraq, hücumdan sonra İslam Universitetinə yaxın olan Əl-Əhzər Universitetinin də binasının xəsarət aldığı bildirilmişdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2326.html