
Ahlibeyt.az -ın verdiyi xəbərə görə bu gün Bakının "Məşədi Dadaş" məscidində Hacı Şahin Həsənlinin imaməti ilə bayram namazı qılınmışdır.
Namazın bayaram xütbəsində Azərbaycan xalqnını və dünya müsəlmanlarını bu müqəddəs bayram münasibəti ilə təbrik edən ilahiyyatçı alim bu bayramın əhəmiyyətinə toxunaraq müsəlmanların belə bir gündə dünyadan köçənlərin yad edilməsini, ehtiyaclı insanlara yardım əllərini uzatmasını xüsusən Azərbaycanın müstəqilliyi uğrunda və doğma torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban verərək şəhid olan mübariz azərbaycan oğullarını yad edərək onların ziyarət edilməsinə çağırdı.
Bayram namazı bitdikdən sonra məsciddə talassemiyalı uşaqlara yardım məqsədi ilə qanvermə aksiyası keçirildi.
Talassemiya mərkəzindən və məscid iv=cması tərəfindən verilən məlumata görə aksiyada məscidin imam cüməsi Hacı Şahin Həsənli ilə yanaşı iştirak edən inanclıların ümumi sayı 101 nəfər olmuşdur
Ramazan Bayramınız Mübarək!
Ahlibeyt.az