
Ahlibeyt.az saytının verdiyi məlumata görə,bu il mübarək Ramazan ayının bitməsi iyulun 29-na təsadüf edir.
Ramazan Bayramı günü iyulun 29-da səhər saat 9-da "Məşədi Dadaş" məscidində Hacı Şahin Həsənlinin imaməti ilə qılınacaq bayram namazından sonra talassemiyalı uşaqlara qanvermə aksiyası keçiriləcək.
Məscid ərazisində keçiriləcək aksiyada iştirak könüllüdür.Məscid icması tərəfindən verilən məlumata görə, Talassemiya mərkəzi qana ehtiyacın yaranması ilə bağlı məscidə müraciət etdikdən sonra belə qərara gəlinib.