27 İyul, 2014
Qamət Süleymanov bayram gününü açıqladı- “29 iyul”

Dindarlar arasında Ramazan bayramının dəqiq hansı gün olması barədə mübahisələr gedərkən “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov tərəfdarlrına müraciət edib.

Q.Süleymanovun müraciətində deyilir:

“QMİ-nin qərarına əsasən Azərbaycanda Ramazan bayramı iyul ayının 29-na elan olunub.

Quran və Sünnənin və mötəbər alimlərin rəyinə əsasən biz yaşadığımız ölkəmizin, Azərbaycanımızın rəsmi elanı ilə Ramazan bayramını keçiririk.

Bu mövzu ətrafında səsləndirilən müxtəlif fikirlərə uymaq, fərqli rəqəmlərə fikir vermək lazım deyil!Onun sözlərinə görə rəsədxananın açıqlama bu kimi məsələlərdə yetərli ola bilməz və o cümlədən ölkənin dini idarəsi ilə uzlaşmayan fikirləri əsas gətirərək fikir ayrılığı yaradılması yolverilməzdir.

Sabah iyulun 28-i son oruc günümüzdür və birisi gün iyulun 29-u isə bayram günüdür.

Hamını bu mübarək Ramazan bayramı ilə təbrik edirik və Allahdan vətənimizə əminamanlıq diləyirik!”

Qamət Suleymanovun ramazan bayramı ilə bağlı açıqlamasının tam videomətnini təqdim edirik


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2305.html