4 May, 2021
Bu gün Həzrət Əli(ə)nin şəhadət günüdür

Bu gün - Qəməri təqvimi ilə Ramazanın 21-i Həzrət İmam Əlinin (ə) şəhid olan günüdür.

Hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-u dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılıncla vurulub.

قَالَ رَسُولُ اللهِ(ص): مَنْ أَرَادَ أَنْ يَنْظُرَ إِلى آدَمَ فِى عِلْمِهِ وَ إِلى نُوحٍ فِى فَهْمِهِ وَ إِلى إِبْراهِيمَ فِى حِلْمِهِ وَ إِلى يَحْيَى إِبْن زَكَرِيّا فِى زُهْدِهِ فَلْيَنْظُرَ إِلى عَلِيِّ إِبْنِ أَبِى طالِبٍ

Həzrət Muhəmməd(s) buyurur: “Hər kim Adəmin elmini, Nuhun düşüncəsini, Ibrahimin helmini və Yəhya ibn Zəkəriyyanın zöhdünü görmək istəyirsə, onda Əli ibn Əbi Talibə baxsın.”

Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət Əli(ə) Ibn Mülcəm(l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərara gəldilər ki, Ramazan ayının 19-cu gecəsi Misirdə Əmr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə Imam Əlini(ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında tə’yin etdilər. Əmr ibn Ası öldürməyi Bəkr ibn Əmr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, Əlini(ə) öldürməyi isə Əbdürrəhman ibn Mülcəm(l) boynuna götürdü.

O gecə Əli(ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi.

O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: “Ilahi, ölümü mənə mübarək et!” Imam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. “And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin və’də verilmiş gecədir.”

Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər Imamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də Imamın ölməyini istəmirdilər. Imam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da Imamın məscidə getməsini istəmirdi. Nəhayət, Imam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli(ə) onu yuxudan oyadıb buyurdu: “Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.” Sonra Imam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. Imam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. Imam Əli(ə) buyurdu: “And olsun Kə’bənin Rəbbinə, azad oldum!” Məscidin mehrabı al qana boyandı.

Həzrət Əli(ə) Ramazan ayının 21-ci gecəsində şəhadətə çatdı. Bu hadisə bütün müsəlmanların ürəklərini kədərləndirir. Bu gecə qəm və qüssə gecəsidir. Həzrət Əlinin(ə) şəhid olub dünyadan getməsinə görə müsəlmanlar kədərli və hüzünlüdür. Lakin bundan daha kədərli olan hadisə budur ki, düşmən müsəlmanlar arasında elə bir vəziyyət yaratdı ki, müsəlmanların öz əli ilə Peyğəmbərin vəsisini məsciddə namaz qılarkən şəhadətə yetirdilər.

Imam Əli(ə) ömrünün son anlarında oğlu Imam Həsən(ə) və Imam Hüseynə belə vəsiyyət etdi.

أُوصِيْكُما بِتَقْوَى اللهِ, وَ أَنْ لا تَبْغِياالْدُّنْيا وَ إِنْ بَغضتْكُما, وَلا تَأْسَفا عَلى شَىءٍ مِنْهَا زُوِىَ عَنْكُمَا, وَقُوْلا بِالْحَقِّ, وَاعْمَلا لِلأَجْرِ, وَكُونا لِلْظالِمِ خَصْمًا, لِلْمَظْلُومِ عَوْنًا أُصِيْكُما وَ جَمِيْعَ وَلَدِى وَ أَهْلِى وَ مَنْ بَلَغَهُ كِتابِى, بِتَقْوَاللهِ وَ نَظْمِ أَمْرِكُمْ وَ صَلاحِ ذاتِ بَيْنِكُمْ, فَإِنِّى سَمِعْتُ جَدَّكُما صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ يَقُولُ: صَلاحُ ذاتِ الْبَيْنِ أَفْضَلُ مِنْ عآمَةِ الصَّلاةِ وَالصَّيامِ, الله الله فِى الْأَيْتام, فَلا تُغِبُّوا أَفْواهَهُمْ وَلا يَضِيعُوا بِحَضْرَتِكُمْ, وَ الله الله فِى جِيرانِكُمْ, فَإِنَّهُمْ وَصِيَّةُ نَبِيِّكُمْ ما زالَ يُوصِى بِهِمْ, حَتّى ظَنَنّا أَنَّهُ سَيُوَرِّثُهُمْ, وَ الله الله فِى الْقُرْآنِ, لا يَسْبَقُكُمْ بِالْعَمَلِ بِهِ غَيْرُكُم,ْ وَ الله الله فِى الصَّلاةِ, فَإِنَّهَا عَمُودُ دِيْنِكُمْ, وَ الله الله فِى بِيْتِ رِبِّكُمْ, لا تُخَلُّوهُ ما بَقِيْتُمْ, فَإِنَّهُ إِنْ تُرِكَ لَمْ تُناظَرُوا وَ الله الله فِى الْجِهادِ بِأَمْوالِكُمْ وَ أَنْفُسِكُمْ وَ أَلْسِنَتِكُمْ فِى سَبِيلِ اللهِ وَ عَلَيْكُمْ بِالتَّواصُلِ وَ التَّباذُلِ, وَ إِِيّاكُمْ وَ التَّدابُرَ وَ الْتَّقاطُعَ لا تَتْرُكُوا الْأَمْرَ بْالْمَعْرُوفِ وَ النَّهى عَنِ الْمُنْكَرِ فَيُوَلَّى عَلَيْكُمْ أَشْرارُكُمْ ثُمَّ تَدْعُونَ فَلا يُسْتَجابُ لَكُمْ...

Sizi təqvalı olmağa və Allahdan qorxmağa çağırıram. Dünya sizə üz tutsa da, siz dünyapərəst olmayın. Əlinizdən çıxan dünya malı üçün təəssüflənməyin. Haqqı deyin, Allah savabına və əcrinə xatir iş görün. Zalımın qatı düşməni, məzlumun isə tərəfdarı olun.  Mən sizi və bütün övladlarımı, ailəmi və bu vəsiyyətimi oxuyan hər bir kəsi təqvalı olmağa, Allahdan qorxmağa, işlərində nizamlı olmağa və insanlar arasında sülh yaratmağa çağırıram. Çünki mən sizin cəddiniz Rəsulallah(s)-dən belə eşitmişəm: “Insanlar arasında sülh və mehribanlıq yaratmaq (bütün nafilə) namaz və orucdan üstündür.” Allah, Allah xatirinə yetimləri qoruyun. Elə etməyin ki, onlar bə’zən ac, bə’zən də tox qalsınlar. Elə etməyin ki, onlar sizin biganəliyiniz üzündən qarşınızda məhv olub puça çıxsınlar. Allah, Allah xatirinə qonşularınızı yaddan çıxarmayın. Çünki Peyğəmbəriniz(s) qonşulara yaxşılıq etməyi dəfələrlə tövsiyə etmişdir. O, dəfələrlə qonşular haqda elə tövsiyələr etdi ki, onların da mirasa daxil olacağını düşündük. Allah, Allah xatirinə Qur’ana riayət edin. Elə etməyin ki, ona əməl etməkdə başqaları sizi qabaqlasın. Allah, Allah xatirinə namazı unutmayın. Çünki namaz dininizin sütunudur. Allah, Allah xatirinə Rəbbinizin evini ziyarət etməyi unutmayın. Nə qədər ki, varsız, onu boş qoymayın. Çünki onu boş qoysanız, sizə möhlət verilməz. (Allahın bəlası sizə nazil olar.) Allah, Allah xatirinə canınızla, malınızla, dilinizlə Allah yolunda mübarizə aparın (Çünki bütün bunları gərək bu yolda sərf edəsiniz). Siz gərək həmişə dostluq əlaqələrini genişləndirəsiniz. Bağışlamağı, əta etməyi unutmayın. Bir-birinizdən üz çevirməyin, bir-birinizlə əlaqələrinizi kəsməkdən çəkinin. Əmr be-mə’ruf və nəhy əz-münkəri tərk etməyin ki, pislər sizə hakim kəsilərlər. Sonra nə qədər dua etsəniz də, müstəcab (xeyri) olmaz. (Nəhcül-bəlağə. Imam Əlinin(ə) Imam Həsən(ə) və Imam Hüseynə(ə) vəsiyyəti. 47-ci məktub)

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2274.html