25 Noyabr, 2010
Qardaşlıq əqdi

Qədir-Xum ənənləri barədə

Millətimiz müstəqillik əldə etdikdən sonra öz milli-mənəvi köklərinə qayıtmağa başladı, unudulan ənənələr bərpa olundu və dini mərasimlər azad şəkildə icra olunmağa başladı. Hazırda ölkə məscidlərində Qədir-Xum günü təntənəli surətdə qeyd olunur, müxtəlif ictimai təşkilatlar bayram tədbirləri keçirirlər. Bu bayramın ən gözəl ənənlərindən biri də möminlər arasında "qardaşlıq siğəsi"nin bağlanmasıdır. Möminlər bir birinin əlindən tutaraq əhd bağlayırlar ki, bir-birini qardaş kimi tanıyırlar, bir-birini tez-tez yad etməyi öz öhdəliyinə götürürlər və Qiyamət günü onlardan hansısısa Cənnətə gedərsə, digərilərinə də şəfaət edəcək. Qardaşlıq siğəsi, yəni qardaşlıq əhd-peymanının bağlanması Məhəmməd peyğəmbərin(s) Hz.Əli(ə) ilə bu cür əhdin bağlaması hadisəsindən xatirədir.

Peyğəmbər(s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra mühacirlər(Məkkədən gələn müsəlmanlar) və ənsar(Mədinə müsəlmanları) arasında qardaşlıq əlaqəsi yaratmaq istədi. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: "Allah xatirinə bir-birinizlə iki-iki(bir mühacirlə bir ənsar) qardaş olun". Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli(ə) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin(s) hüzuruna gəlib buyurdu: "Məni heç kimlə qardaş etmədin". Peyğəmbər(s) buyurdu: "Sən hər iki dünyada mənim qardaşımsan!" Sonra özü ilə Əli(ə) arasında qardaşlıq əqdi bağladı.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-226.html