
Ramazan bayramı ilə əlaqədar Azərbaycanda iki gün iş günü olmayacaq.Bu il Ramazan bayramı iki gün- iyulun 28-29-u qeyd ediləcək
Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə Azərbaycan Nazirlər Kabinetindən verilən məlumata əsasən "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, 2014-cü ildə 28, 29 iyul Ramazan bayramı qeyd ediləcək.
Qeyd edək ki, iyul ayının 26 - 27-ci həftəsonuna 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf edir.
Bununla əlaqədar olaraq ölkə ərazisində 4 gün qeyri-iş günü olacaq.