
Kərbəladan daxil olan son məlumatlara görə partlayışlar nəticəsində 12 deyil, 22 nəfər şəhid olmuşdur.
Partlayışlara səbəb bir neçə avtomobilin və tikililərin yandırılması olub.
13:25
İraqdan verilən son xəbərlərdə bildirilir ki, Kərbəla şəhərində dalbadal bir neçə partlayışlar baş verib. Amma neçə partlayışın baş verməsi dəqiq bilinmir. Beləki, əl-Cəzirə 4, Reuters isə 2 partlayışın baş verdiyini bildirir.
Partlayışlar nəticəsində 12 nəfər həyatını itirmiş, 30 nəfər isə yaralanmışdır.