
“Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin ofisində “Tanımadığınız rəngarəng Ramazan” adlı xeyriyyə satış-sərgisi keçirilib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verditi xəbərə görə, sərgidə valideyn himayəsindən məhrum uşaqlar, fiziki qüsurlu insanlar və elan əsasında sərgiyə qatılmış digər şəxslərin Ramazanı əks etdirən gözəl əl işləri nümayiş olunub.
Tədbirin sonunda “Ramazanı əks etdir” müsabiqəsinin nəticələrinə əsasən üç rəssam tamaşaçı rəğbəti qazandığına, ən gözəl əl işinə və Ramazanı ən gözəl təsvir etdiyinə görə Diplomla, daha bir neçə nəfər isə Təşəkkürnamə ilə mükafatlandırılıb.