10 İyul, 2014
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bölgələrdə dindarlarla görüşlərə başlayıb
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcud dini situasiya ilə bağlı ölkənin şimal-qərb bölgəsində müxtəlif məzhəblərə məxsus dini icmalarla görüşlərə başlayıb.


Ahlibeyt.az-ınməlumatına görə   Komitənin mətbuat xidmətindən Apa-ya faktı təsdiqləyiblər. Görüşlər komitənin sədr əvəzi Səyyad Salahlının rəhbərliyi ilə keçirilir.

 

S.Salahlı görüşlərə Şəki rayonundan başlayıb. Görüşün məqsədi mövcud dini situasiya ilə bağlı icmalar ilə söhbət aparmaq, problemləri araşdırmaq, onların həlli istiqamətində konkret addımların atılmasıdır.

 

Səfər çərçivəsində bölgədəki dindarlarla birlikdə Azərbaycanın ərazi bütövlüyü və dövlət təhlükəsizliyi uğrunda şəhid olanların ailələri də ziyarət olunacaq.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2245.html