10 İyul, 2014
Çində Ramazan qadağası davam edir

Çinin Uyğurlar məskunlaşan bölgələrində Universitet tələbələrinə oruc qadağası qoyulub.Oruc  tutanlara orucları məcburən pozdurulur.

Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən verdiyi xəbərə görə Çin hökuməti Qərbi Türküstandakı müsəlman uyğurlara təzyiqlərinin davam etdirərək Ramazan ayında oruc tutmağı qadağan edərək oruc tutan tələbələrin oruuclarını pozdurmağa çalışır.

Məlumatlarda bildirilir ki,Universitet rəhbərliyi oruclu olan tələbələri aşkarladıqda oruclarını pozmadığı halda universitetdən qovulmaq və ya diplomdan məhrum edilməklə təhdid olunurlar.

Eyni zamanda tələbə yataqxanalarında yoxlamalar aparılaraq imsak zamanı oyaq olan tələbələrin siyahısı tutulur,gün ərzində universitet rəhbərliyi tərəfindən pulsuz su və yemək paylandırılaraq oruc tutanlara oruclarını pozmaları məcbur edilir.

Xəbər də o da bildirilir ki, oruc tutanların orucunu açmasının qarşısı alınmaq üçün universitet və ətrafındakı yeməkxanalar iftar zamanı bağlandırılır,

Tələbələrin sözlərinə görə bütün bunlara baxmayaraq bəzi tələbələr bütün bu təhdidlərə baxmayaraq risk altında oruc tuturlar.

Qeyd edək ki,bu il Çində müəllim,həkim və bəzi dövlət qulluqçularına da oruc tutulması qadağan edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2244.html