
Misir prezidenti Abdel Fəttah əs-Sisi ABŞ və Avropa Birliyini İŞİD-ə yardım etməkdən çəkinməyə çağırıb.
Ahlibeyt.az-ın RiaNovosti agentliyinə istinadən verdiyi xəbərə görə, Misir prezidenti Əs-Sisi bəyan edib ki, Suriya və İraqdan sonra terrorçuların hədəfində İordaniya və Səudiyyə Ərəbistanı olacaq.
“İŞİD”-in Misiri də işğal etmək planları var idi. Mən ABŞ və Avropaya xəbərdarlıq etmişdim ki,İŞİD-ə yardım etməsinlər onlar Misiri ələ keçirməyi planlaşdırır və Suriyadan İraq istiqamətə hərəkət edirlər. Onların İraqa, daha sonra isə İordaniya və Səudiyyə Ərəbistanına hücum etmək niyyətləri barədə qabaqcadan xəbərdarlıq etmişdim”, - deyə Misir prezidenti bildirib.
Qeyd edək ki, iyun ayında İŞİD (İraq və Şam İslam Dövləti) terrorçu qruplaşması İraqa hucum etmiş eyni zamanda Səddam hüseynin keçmiş tərəfdarları və İraq ərazisindəki bəzi kiçik terrorçu qruplaşmalar ona yardım etmişlər.