
Bu il Ramazan ayı münasibəti ilə ilk dəfə olaraq Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və yerli icra hakimiyyətlərinin dəstəyi ilə müsəlmanların sıx yaşadığı Marneuli və Qardabani şəhərlərində təbrik banner plokatları quraşdırılıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Gürcüstan Müsəlmanlarının şeyxi Ramin İgidov İslam.az-a məlumat verib. Gürcüstan Müsəlmanlarının şeyxi bu haqda deyib:
“Ramazan ayınız mübarək!” yazılı trafaretlərin bir ay müddətində aslı qalacağı planlaşdırılıb. Biz Gürcüstan Müsəlmanları İdarəsi olaraq bu istəyimizin yerinə yetirilməsində bizə dəstək olan dövlət qrumlarına minətdarlığımızı bildiririk."
.jpg)
