30 İyun, 2014
Inquşetiyada Ramazan ayı boyunca iş vaxtı qısaldıldı spirtli içkilərə qadağa qoyuldu

İnquşetiya hökuməti 28 iyundan etibarən Ramazan ayı boyunca siprtli içkilərin satışına qadaöa tətbiq edib.Bu qərar Respublika rəhbəri Yunis-Bek Yevkurovun imzaladığı sərəncama əsasən qüvvəyə minib.

Sərəncama əsasən  həmçinin respublika ərazisində iş günü bir saata qədər qısaldılıb ki,bu da müsəlmanların bu müqəddəs ayda Quran oxumasına və digər ibadətləri üçün əlavə vaxt qazanmasına şərait yaradılması məqsədi ilə edilib.

Respublika rəhbəri həmçinin göstəriş verib ki,ay ərzində əhali fasiləsiz olaraq elektrik enerjisi,su və qazla təmin olunsun.

Bundan əlavə Ramazan ayı boyunca daha ucuz qiymətə ərzaq və kənd təsərrüfatı mallarının satışı üzrə xüsusiləşdirilmiş yarmaqkalar yaradılması nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2206.html