
Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə Görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkəmizdə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.
Diskussiya xarakterli görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürüblər.
Sonra dövlət müşaviri Tərtər şəhərindəki Cümə məscidində rayon dindarları ilə görüşüb.