20 İyun, 2014
Danimarkada ilk minarəli məscid istifadəyə verildi(foto)

Danimarkanın paytaxtı Kopenhagendə ölkənin ilk minarəli məscidi istifadəyə verildi.
Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən verdiyi məlumata görə, əvvəllər ölkənin 250 min müsəlmanı məscid kimi yalnız kiçik ibadət evlərindən istifadə edə bilirdi.


Qeyd edək ki, belə ibadət evlərinin sayı ölkədə heç yüzü keçmir.
Yeni tikilən məscid 6800 kv.m ərazini əhatə edən içində kinoteatr, restoran, ofislər, qocalar mərkəzi, uşaq və məktəbəqədər tədris ocaqları olan kompleksin tərkibindədir.

Məscidin acılışında Danimarkada səfərdə olan və məscidin inşasına 20 milyon avro vəsait ayıran Qətər Əmiri Xəlifə Əl Saninin iştirak etmə səbəbindən ölkənin bir çox nazir və siyasətçiləri onlara olunan dəvətdən imtina etmişlər.

Məscidin açılışında bildirilmişdir ki,ölkə siyasətçiləri müsəlmanların mübarək günlərində onların yanında olmaları mühüm əhəmiyyət kəsb edir və Qətərə olan siyasi baxışlar bunun qarşısını almamalı idi,həmçinin Qətər Əmirinin vəsait ayırması məscid və müsəlmanların cari işlərinə qarışmaq anlamına gəlməməli idi.Bir müsəlman ölkəsinin məscid inşasına vəsait ayırması normal bir haldır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2158.html