20 İyun, 2014
“Kəlamlar” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub

Fərhad Mirzənin “Kəlamlar” kitabı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub.

 

Ahlibeyt.az-ın AMEA  rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniyanın Frankfurt şəhərində nəşr olunan kitabda müəllifin 1997-ci ildən 2002-ci ilə kimi topladığı seçilmiş aforizm və kəlamları yer alır.

 

Beş dildə çap olunan kitabda müəllif humanist və mənəvi dəyərlərə söykənən əsas məsələləri, vahid ailə prinsipləri, həmçinin Allah və bəşəriyyət naminə ölkə və xalqlar arasında dünyəvi qardaşlıq kimi universal dəyərləri ön plana çəkir. Həmçinin kitab, oxuculara Allah yolunu, ədalət, birlik və bərabərlik yolunu tutmağı tövsiyə edir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2154.html