
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilən qərar Türkiyə mediasında da günün əsas xəbərinə çevrilib.
Ahlibeyt.az xəbər verir ki, bu xəbər Terkiyə mediasının də nəzərini cəlb edib. Türkiyə mediası “Azərbaycan Gülən məktəblərini bağladı” başlıqları ilə təqdim edib. Qeyd edilir ki, ötən il ARDNŞ-in tərkibinə daxil edilən və Gülən hərəkatı ilə əlaqəsi olan Araz kursları və məktəblərinin bağlanması ilə bağlı qərar qəbul edilib.
Türkiyə mediası bir neçə ay öncə mətbuata sızan bir məktubla bağlı xatırlatma edərək paralel təşkilatın Türkiyədə olduğu kimi Azərbaycanda da fəaliyyət göstərdiyini bildirib.
