
Nəcəfin xətibi Hüccətül-İslam Seyyid Sədrəddin Qabançi bu gün Cümə xütbəsində ABŞ-ı və NATO ölkələrini tənqid edib.
O deyib ki, NATO-a üzv ölkələr bir tərəfdən Liviya xalqına kömək edirlər amma digər tərəfdən Bəhreyndə və Yəməndə xalqın zalım diktatorlar tərəfindən əzilməsinə göz yumurlar. Bu isə onu göstərir ki, onlar bölgədə yaşayan xalqların azad və demokratik cəmiyyətdə yaşamalarının peşində deyillər.
İrana bölgədə baş verən inqilabları dəstəklədiyinə görə təşəkkür edən xətib bildirib ki, bölgədə baş verən inqilablar adi ərəb inqilabları yox, İslami oyanış inqilablarıdır.