
İraqın böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Seyid Əli Sistani İŞİD-lə bağlı bəyanat verdi.
Ahlibeyt.az-ın İslamazəri-yə istinadən verdiyi xəbərə görə, İraqın böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Seyid Əli Sistani İŞİD-lə bağlı bəyanat yayımlayıb.
O İraq dövlətini İŞİD-lə mübarizədə ciddi addım atmağa və hüquq-mühafizə orqanlarını xalqı bu şərdən xilas etməsi üçün ciddi addım atmağa çağırıb.
Bəyanatda deyilir: "İraqın Ali Mərcəiyyəti Neynəvadakı son hadisələri diqqət mərkəzində saxlayır. Dövlət qurumları, rəsmiləri və həmçinin hər bir siyasi liderə vacibdir ki, vəhdətlə İŞİD terrorçuları ilə daha ciddi mübarizə etsinlər və bu terrorçu qruplardan ölkəni qorusunlar."
Bu arada İraqın bir çox bölgəsinin İŞİD terrorçuları tərəfindən işğal edilməsi xəbəri ajiotaj yaradılması üçün yayılıb.
İŞİD terrorçulari isə özlərinin sosial şəbəkələrində İraqa İranın xüsusi briqadalarının girməsilə bağlı statuslar paylaşıblar.