9 İyun, 2014
Pakistanda yüzlərlə zəvvar hücuma məruz qalıb

Pakistanda şiə-zəvvarlara qarşı növbəti hücum olub. Terrorçu-kamikadzelərin İrandan qayıdan zəvvar qrupunun yanında özlərini partlatması nəticəsində azı 23 nəfər ölüb.

Ahlibeyt az-ın İtar-Tass-a  istinadən verdiyi xəbərə görə Hücum Pakistanın İranla sərhəd olan  Taftan şəhərində, zəvvarların olduğu avtobusun dayandığı dayanacaqda həyata keçirilib.

Məlumatlarda təhlükə ilə üzləşən zəvvarların sayının yüzlərlə olduğu bildirilir.Belə ki,həmin məntəqədə zəvvərları daşıyan ona qədər avtobusun olduğu qeyd olunur.Təhlükəsizlik qüvvələrinin səyi nəticəsində 10-a qədər terrorçu məhv edilmişdir,Təhlükəzizlik əməkdaşları arasında da itkilərin olduğu buldirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2120.html