8 İyun, 2014
Ramazan ayında müsəlman həkimlərə oruc tutmaq qadağan olunur
Çin xəstəxanaları əmək fəaliyyətinin aşağı düşməsini səbəb göstərərərk öz müsəlman əməkdaşlarına müqəddəs Ramazan ayında oruc tutmağı qadağan etmişlər.


Ahlibeyt.az-ın İslemnew-a istinadən verdiyi xəbərə görə Çinin Kulca(İnİna) səhiyyə departamanti elan etmişdir ki,müsəlman səhiyyə işçilərinin sübhdən gün batana qədər oruc tutmaları qadağan olunur belə ki,onlar oruc tutarkən iş rejimində çalışa bilməyəcəklər.Bu qərar müsəlmanların hiddətinə səbəb olmuşdur.

Səhiyyə departamenti öz müsəlman personalını oruc tutmayacağı barədə izahatlara imza atmağa məcbur etmişdir.

Həmçinin Çinzyan əyalətində müsəlman uyğurların oruc tutmaması üçün müəyyən tədbirlər həyata keçirilir,,xüsusən 18 yaşından az olan müsəlmanların dini tədbirlərdə iştirak etmələrinin və oruc tutmalarının qarşısı alınır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2117.html