
Verilən xəbərlərə görə şənbə günü İraqın Ramadi şəhərində yerləşən Əl-Ənbar universiteti İŞİD(İRaq və Şam İslam Dövləti) terrorçuları tərəfindən hücuma məruz qalaraq ələ keçirilmişdi.
Ahlibeyt.az-ın Ria-ya istinadən verdiyi xəbərə görə silahlı qruplaşma İraqın mərkəzi hissəsində yrləşən Əl Ənbar əyalətində Ramadi Şəhərində yerləşən universitet binasına hücum edərək təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetirmiş və universitet binasına daxil olaraq tələbə və təhsim müəssisəsinin əməkdaşlarını girov götürmüşdür.
Bir müddət sonra yüzlərlə girov azad edilmişdir,bundan sonra İraq təhlükəsizlik qüvvələri tərəfindən mühsirəyə alınan universitet binası keçirilən əməliyyat nəticəsində terrorçulardan təmamən təmizlənmişdir.Hücum nəticəsində terrorçuların bir çoxu məhv edilmişdir.