22 Sentyabr, 2011
"Taliban" Burhanəddin Rəbbaninin sui-qəsd olunmasında əli olduğunu təkzib edib

"Taliban" rəsmi sözçüsü bildirib ki, biz Rəbbaninin qətl edilməsinin məsuliyyətini öz üzərimizə götürməmişik. Biz sadəcə bildirmişik ki, bizim əlimizdə bunun bizim təşkilatın nümayəndələrinin edib-etməməsi barədə dolğun məlumatımız yoxdur. Reuters agentliyi isə bizim bu sözümüzü təhrif edərək adımızdan bizim bu terror aktında əlimiz olduğu məlumatını yayıb.

O deyib ki, Reuters birinci dəfə deyil ki, belə edir. Bundan iki dəfə də bizim adımızdan yalan məlumat yayırlar. Və biz bu barədə onlara xəbərdarlıq etmişik.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-211.html