5 İyun, 2014
Ayətullah Məhdəvi Kaninin səhhətti kəskin ağırşalıb

İran İslam Respublikası Üləma Məclisinin(Məclisi Xubraqan) rəisi böyük əxlaq ustadı ayətullah Məhdəvi Kəni iyunun 4-də ürəyində yaranmış qəfil nasazlığa görə komaya düşüb.

ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, hadisə 83 yaşlı Məhdəvi Kəninin İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin ölümünün 25-ci ildönümü ilə bağlı mərasimə qatılmasından sonra baş verib.

Məhdəvi Kəni Tehranın Bəhmən xəstəxanasına yerləşdirilib.

Məhdəvi Kəni Üləma Məclisinin rəisi vəzifəsinə təyin edilməmişdən əvvəl İran İslam Respublikasının daxili işlər naziri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü, Ali Mədəni İnqilab Şurasının üzvü olub və daha bir neçə vəzifədə çalışıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2105.html