
Şimali İrlandiya polisi yevangelist "Skiniya" kilsəsinin pastoru Vaytvoll Ceyms MakKonnelin fəaliyyətini istintaq edir.
Ahlibeyt.az-ın NewsRu-ya istinadən verdiyi xəbərə görə pastor Vaytvoll Ceyms MakKonnel İslamı "şeytani din" adlandırıb. Mayın 31-də şənbə moizəsində o bildirib ki, "islam - bütpərəst, şeytani doktrinadır, cəhənnəmdən yaranıb". Bundan başqa, keşiş deyib ki, bütün Britaniyada "müsəlman özəkləri" yaranıb və bu, xristian əhalini təhdid edir.
Ceyms MakKonneli kilsəyə ibadətə gəlmiş Şimali İrlandiya birinci naziri Piter Robinson dəstəkləyib. Nazir bildirib ki, pastorun yalançı peyğəmbərliyi ifşa etməyə haqqı var.O həmçinin müsəlmanlara etibar etmədiiyini dilə gətirib.
Nazirin çıxışı ölkənin demək olar bütün aparıcı media orqanlarının hədəfinə tuş gəlib.Bundan sonra nazir müsəlmanlardan üzr istəyərək onun düzgün anlanılmamasını bildirib.
Bu bəyanatlar müsəlmanların polisə müraciət etməsinə səbəb olub.Pastorun çıxışına görə istintaqa cəlb olunub.Nazirsə vəzifəsini itirməklə qarşı-qarşıya qalıb. 4,5 milyon əhalisi olan İrlandiyada müsəlmanlar əhalinin 1%-ni təşkil edir.pastor barədə Onların sayı sürətlə artır. 2006-cı illə müqayisədə müsəlmanların sayı 51% artıb.