4 İyun, 2014
Dini idarənin əbədi sədri istefa verdi

Çeçenistan Respublikasında  Müsəlmanların  Dini İdarəsinə 2010-cu ildə əbədi olaraq sədr seçilmiş Soltan Mirzayev sağlamlığında yaranan problemlər səbəbindən istefa verdi.

Ahlibeyt.az-ın İslamnews-a istinadən verdiyi xəbərə görə bu barədə çərşənbə günü Respublika rəhbərinin müavini Adam Covdaxanov məlumat vermişdir.Onun sözlərinə görə respublikanın baş müftisi sağlamlığında yaranan problemlerə görə səlahiyyətlərindən imtina etməyə qərar vermişdir.

Çeçenistan Respublikası Müsəlmanların Dini İdarəsinin Sədri səlahiyyətləri müvəqqəti olaraq idarənin birinci müavini Maqomet Xiytanayevə həvalə olunmuşdur.Yaxın zamanlarda Dini idarəyə sədr seçilməsi gözlənilir.

Qeyd edək ki, Soltan Mirzayev 2005 ci ildən respublikanın baş müfti postunu tutur və 2010 cu ildə əbədi olaraq respublikanın dini lideri seçilmişdir.

Müvəqqəti sədr Maqomet Xiytanayev Suriyada Dövlət İslam Universitetini bitirmişdir və müxtəlif illərdə Qroznı şəhərinin Qazisı,şəhər merinin dini məsələlər üzrə məsləhətçi  və respublika müftüsinin müavini vəzifələrində çalışmışdır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2103.html