
Saxlanılanlar arasında azyaşlı uşaq da var
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə Azərbaycanda “Yehovanın Şahidləri” təliminin üzvləri saxlanılıb.
Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.
Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.
Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.