22 Sentyabr, 2011
Belhac: İmam Musa Sədrin aqibətinin təhqiqatı davam etdirilir

Tripoli Hərbi Şurasının rəhbəri Əbdülhəkim Belhac bildirib ki, İmam Musa Sədrin aqibətinin təhqiqatı dayandırılmayıb. Onun 1978-ci ildə yoxa çıxması hərtərəfli araşdırılmaqdadır. Əbdülhəkim Belhac deyib ki, mənim özüm şəxsən İmam Musa Sədrin terror edilməsi barədə məlumatları olduğunu deyən bir nəfərlə bu barədə görüşüm belə olub.

Qəzzafidən sonra dövlətin təşkilində sekulyarların yer alın-almayacağına toxunan Belhac deyib ki, hal-hazırda bu barədə danışıqlar olmayıb. Və buna biz yox, Liviya xalqı özü seçki zamanı qərar verəcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-209.html