31 May, 2014
Səfirliklərdə çalışan 10 "Gülənçi" işdən çıxarıldı

Gülən camaatının(Nurçuların) lideri Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət”in xarici ölkələrdəki üzvlərinə qarşı əməliyyatlara start verilib.

Ahlibeyt.az-ın AnsPess-ə istinadən verdiyi məlumata görə, Türkiyə Ədliyyə Nazirliyi xarici ölkələrdə hökumət əleyhinə aksiya keçirən 10 ədliyyə müşavirini işdən azad edib.

İşdən azad edilən şəxslərin Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçiləri olduğu bildirilir.

Həmin şəxslərin ABŞ, Almaniya, Hollandiya, Nyu-York, Cenevrə, Viyana, Brüssel, Starsburqda fəaliyyət döstərən Türkiyə səfirliklərində müxtəlif vəzifələrdə çalışıblar.

Vəzifədən azad edilən şəxslərin yerinə yeni işçilərin təyinatına başlanılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2087.html