29 May, 2014
Kəbəyə polis ehtiramsızlığı Məkkə əmirini hiddətləndirdi(foto)

Sosial şəbəkələrdə yayılmış Müqəddəs Kəbə evinə ehtiramsızlıq edən polisin şəkli Məkkə əmiri Maşəl bin Abdullahı hiddətləndirib.

Ahlibeyt.az-ın İslamnews-a istinadən verdiyi xəbərə görə Məkkə əmiri təcili olaraq araşdırma aparılmasına və Müqəddəs məkana ehtiramsızlıq edən qanun keşikçisinə qarşı təxirəsalınmaz tədbirlər görülməsinə göstəriş verib.Şəhər rəhbəri bildirib ki, "Polisin bu davranışına bəraət qazandırmaq mümkün deyil, Kəbə hər bir müsəlman üçün müqəddəs sayılacaq bir məkandır və hər kəs bu məkana layiqincə ehtiram göstərməlidir."

Maşəl bin Abdullah çərşənbə günü Ciddə şəhərində Məkkənin polis idarəsinin rəhbəri Abdul Aziz As Sulu ilə görüçündə qeyd etmişdir ki,Məkkə və Mədinə Şəhərlərinin müqəddəs makanlarının əməkdaşları arasında maarifləndirici seminarlar təşkil olunmalıdır.O həmçinin qeyd etmişdir ki,bu müqəddəs məkanların əməkdaşlarınin ziyarətə gələn zəvvarlarla xüsusi  davranış qaydalarına yiyələnmələri mühüm əhəmiyyət kəsb edir və bunun üçün treninqlərin təşkil olunmasına ehtiyac olduğu vurğulayaraq bu barədə məsələ qaldırmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2079.html