
"Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasında və mənim şəxsi kitabxanamda dəyəri milyon manatlarla ölçülən qiymətli əlyazmalar, kitablar var". Ahlibeyt.az-ın məlumatına görə, bunu jurnalistlərlə görüşündə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, şəxsi kitabxanasında olan qiymətli kitabları da QMİ kitabxanasına verəcək.
QMİ sədri jurnalistlərə Hacı Mirməhəmməd Kərim Əl-Bakuvi tərəfindən "Quran"ın təfsiri ilə bağlı hazırlamış üç cildlik "Kəşf-ül-Həqayiq" kitabı və qələm hədiyyə edib.
A.Paşazadə jurnalistlərlə ilk dəfə belə görüşü keçirdiyini qeyd edib.