28 May, 2014
"Fatimeyi Zəhra" məscidinin yeni icması-Qeydiyyatı ləğv olunan "Fatimeyi Zəhra" icması fəaliyyət göstərmirdi

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə bu barədə Xanım "Fatimeyi -Zəhra" məscidinin yeni dini icmasının üzvləri tərəfindən məlumat verilib. Onlar bildiriblər ki, fəaliyyəti qadağan edilən icma məscidi şəxsi mülkləri kimi hesab edirdilər. Bunu məhkəmədə də bildiriblər. Onların fəaliyyətinə xitam verildikdən sonra bizim icma qeydiyyatdan keçəcək.

Xəbər verildiyi kimi İki ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, “Fatimeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb.

Məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib. Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib.

Qeyd edək ki,qeydiyyatı ləğv olunan icmanın DQİDK tərəfindən fəaliyyəti olmadığı müəyyən edilib və fəaliyyətinin dayandırılmasına qərar verilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2077.html