27 May, 2014
Şeyx Qroznıya gedəcək

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində 6-ci Beynəlxalq Sülhyaratma Forumu keçiriləcək.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, forum 30-31 may tarixlərində baş tutacaq. Forumun mövzusunun "İslam - Sülhün dini" olduğu bildirilir.

Çeçenistan rəhbəri Ramzan Kadırov forma hazırlıq məsələləri ilə bağlı iclas keçirib.

Forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edəcək.
Tədbirdə iştirak etmək üçün Şeyxin bir neçə gündən sonra Qroznı şəhərinə gedəcəyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2067.html