27 May, 2014
Azərbaycanda tanınmış dini icma Dövlət Komitəsini məhkəməyə verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Fatimeyi-Zəhra” dini icması Komitənin müraciəti əsasında dini icmanın dövlət qeydiyyatının məhkəmə yolu ilə ləğv olunması ilə bağlı 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə iki ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, “Fatimeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb.

 

Məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib.

 

Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2063.html