27 May, 2014
Nurçuların məxsus olduğu “paralel hökumət”in fəaliyyəti

Gülən camaatının lideri Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət” adlı qruplaşmanın Türkiyədəki fəaliyyəti ilə bağlı yeni sənədlər üzə çıxıb. ANS PRESS-in məlumatına görə, sənədlərdə Fətullah Güəndən sonra Türkiyədə ən yüksək nüfuz sahibi olan “paralel hökumət” qruplaşmasının üzvünün adı açıqlanıb.

Ahlibeyt.az-ın Sabah-a istinadən verdiyi xəbərə görə həmin şəxsin “Kayanak Holding” adlı şirkətin maliyyə müdiri Mustafa Özcan olduğu bildirilir.Bu şirkət Gülən camaatının əsas maliyyə qaynaqlardan biri olub.
Mustafa Özcan 10 il Türkiyə Hərbi Hava Qüvvələrində imamlıq edib. Bu zaman onun təxəllüsü "paralel hökumətin havadakı imamı" olub. 20 ilə yaxın bir müddət ərzində isə Gülən camaatının(Nurçuların)Bolqarıstan, Albaniya,Yunanıstan, Kosova,Bosniya, Qaradağ və Makedoniyadakı bütün fəaliyyətinə başçılıq edib.

“Paralel hökumətin ədliyyə sahəsindəki imamı”nın isə Osman Qaraquş adlı bir şəxs olduğu əldə edilən sənədlərdə qeyd olunub.

Mustafa Özcan

İşte Türkiye imamı

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2062.html