
Qfqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə İrana nümayəndə təyin edib.
Ahlibeyt.az-ın AzNews-a istinadən verdiyi xəbərə görə Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, fətva şöbəsinin müdir müavini vəzifəsində olan Hacı Şamil Rəsulovu İrana nümayəndə təyin edib. Hazırda QMİ-nin İran nümayəndəliyi sözü gedən ölkənin Qum şəhərində açılması planlaşdırılır və orada ofisin yeri müəyyənləşdirilir.
Məsələ ilə bağlı Hacı Şamil Rəsulov bildirib ki, hələlik vəzifəsinin icrasına başlamayıb: “Yaxın günlərdə bütün işlər həll olunduqdan sonra bu barədə nəsə danışmaq olar”.