
Bir müddət əvvəl tutulan “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov həbsdən buraxılıb.
Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə Q. Süleymanov bildirib ki, A. Rəcəbov 20 sutka həbsdə qaldıqdan sonra mayın 25-də həbsdən azad edilib.
Qeyd edək ki, A. Rəcəbov mayın əvvəlində polisə müqavimət göstərməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.