24 May, 2014
"Nurçu"lardan GÖZLƏNİLMƏZ ADDIM

17 dekabr əməliyyatlarından sonra Gülən hərəkatı “Türk Dili Olimpiadaları”nı Efiopiyada təşkil edəcək.

 

Ahlibeyt.az- Publika.az-a istinadən xəbər verir ki, 17 dekabr əməliyyatlarından sonra Türkiyə hökuməti ilə Gülən hərəkatı arasındakı gərginlik yaşanır. Odur ki, hər il Türkiyədə keçirilən və Gülən hərəkatının layihəsi olan “Türk Dili Olimpiadaları” bundan sonra Efiopiyada təşkil olunacaq.

 

Olimpiada 31 may tarixində Efiopiyadakı Afrika Birliyi Mərkəzində keçiriləcək. Hərəkat olimpiadaya Efiopiya prezidenti Mulatu Teshomeni də dəvət edib. Həmçinin Türkiyədən xüsusi təyyarə kirayə götürüləcək və 150-yə yaxın biznesmen Efiopiyaya gətiriləcək. Həmin biznesmenləri ölkənin Baş naziri ilə görüşdürmək də nəzərdə tutulub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2052.html