24 May, 2014
Bərdədə dini maarifləndirmə mövzusunda tədbir keçirildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bərdə Rayon İcra Hakimiyyəti ilə birgə “Müstəqilliyimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirib.

Ahlibeyt.az-ın Salamnws-aistinadən verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, din xadimləri, ziyalılar və ağsaqllar iştirak ediblər.

Konfransda radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədə tolerantlıq mühitinin qorunub saxlanması, Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və digər məsələlərdən də bəhs edilib. Vurğulanıb ki, müstəqilliyimiz və milli-mənəvi dəyərlərimiz bir-birinə sıx bağlıdır.

Xatırladaq ki, belə maarifləndirici tədbirlər ardıcıl olaraq bölgələrdə keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2051.html