22 May, 2014
Azərbaycanda saxlanılan iki “nurçu” barəsində cinayət işi başlanıb

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə Vəkil Nizami Abbasov    bildirib ki, bu ilin aprel ayında Bakının Yasamal rayonunda keçirilən əməliyyat  zamanı saxlanılan şəxslərdən ikisi – Eldəniz Hacıyev və İsmayıl Məmmədov  barəsində həbs-qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında  vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.
Vəkil qeyd edib ki, E. Hacıyev və İ. Məmmədov Milli Təhlükəsizlik Nazirliyində    saxlanılırlar.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparıb.
Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb.Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2045.html